“Sumqayıt” I divizion təmsilçisinə də məğlub oldu
23.01.2014 - 20:26
“Sumqayıt” I divizion təmsilçisinə də məğlub oldu

Topaz Premyer Liqasının III dövrəsinə hazırlaşan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda I divizion təmsilçisi "Şahdağ"la üz-üzə gəlib. 

 

Qarşılaşma qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

 

Qeyd edək ki, "Sumqayıt"ın yeganə qolunu penaltidən Pərdis Fərcad-Azad vurub.