Topaz Premyer Liqasının ikinci yarısına hazırlığını davam etdirən “Sumqayıt” Pərdis-Fərcad Azadı düşərgəsinə qaytarsa da, onunla hələ ki, müqavilə imzalamayıb. Apasport.az saytının məlumatına görə, tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnməyə bilər.
Məsələ burasındadı ki, “Sumqayıt” rəhbərliyi Pərdislə maliyyə cəhətdən ortaq məxrəcə gələ bilmir. “Gənclik şəhəri” təmsilçisini narahat edən başqa məqam da var. Fərcad-Azad “Sumqayıt”dan ayrılarkən zədəli olub. Rəhbərlik həmin zədənin millinin sabiq üzvündə qalıb-qalmadığına əmin olmaq istəyir. Bu səbəbdən Pərdisin tibbi yoxlanışı da davam etdirilir.
Qeyd edək kİ. “Sumqayıt” qış fasiləsində Ramazan Abbasov, Tagim Novruzov, Ceyhun Cavadov, Fərid Quliyev, Şəhriyar Xəlilov və Kiyan Sultanpurla yolları ayırıb. Əvəzində Tərzin Cahangirovun icarə müddəti uzadılıb, Uğur Pamuk isə komandaya geri qaytarılıb.