“Sumqayıt”da 2 yeni müqavilə
14.08.2014 - 19:19
“Sumqayıt”da 2 yeni müqavilə

“Sumqayıt” daha 2 futbolçu ilə müqavilə imzalayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri”nin təmsilçisi Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanovla anlaşmanı 1 illiyə uzadıb, Murad Ağayevlə isə 2 illik razılaşma əldə edib.

 

34 yaşlı Çertaqanov ötən mövsüm olduğu kimi bu il də 18 nömrəli formanı geyinəcək.

 

Ağayev isə son mövsümü AZAL-da oynayıb. 2012-2013-cü illərdə "Sumqayıt"ın şərəfini qorumuş 21 yaşlı futbolçu keçmiş-yeni komandasında 45 nömrəli forma ilə çıxış edəcək.