Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktorlarının fəaliyyəti ilə bağlı AFFA-nın İcraiyyə Komitəsinin qərarının icrasına başlanılıb. Apasport.az saytının məlumatına görə, artıq assosiasiyanın baş katibliyi 3 klubla bağlı qərarını verib.
Fevralın 1-dən etibarən Daril Villard (İngiltərə) AZAL, Frank Bernhardt (Almaniya) "Sumqayıt" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. "Qəbələ" klubunda isə Stenli Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir. Digər klublarda idman direktorlarının martın 1-ə qədər işə başlayacağı nəzərdə tutulub.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
Mənbə: affa.az
“Sumqayıt”da almaniyalı idman direktoru
03.02.2014 - 15:25
0
0