Təlim-məşq toplanışını öz bazasında davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, hücumçu Kiyan Sultanpur artıq “gənclik şəhəri” təmsilçisinin oyunçusu deyil.
Mövsümün əvvəlində Almaniyadan gətirilən Sultanpurun qalıb-qalmayacağı sual altında idi. Pərdis Fərcad-Azadı qaytaran “Sumqayıt” Kiyana ehtiyac duymayıb. Hazırda Almaniyada olan hücumçu orda özünə klub axtarmaqla məşğuldu.
Xatırladaq ki, Sultanpur Azərbaycanda olduğu qısa müddətdə milli komandamıza da dəvət almışdı.
Qeyd edək ki, “Sumqayıt” Kiyan Sultanpurdan öncə Tərlan Əhmədli, Ramazan Abbasov, Tagim Novruzov, Ceyhun Cavadov, Fərid Quliyev və Şəhriyar Xəlilovla yollarını ayırmışdı.