Qış fasiləsində 6 futbolçu ilə yolları ayıran “Sumqayıt”ın heyətini gücləndirəcəyi gözlənilirdi. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi planını dəyişib.
Belə ki, Uğur Pamuk və Pərdis Fərcad-Azadı geri qaytarıb, Tərzin Cahangirovun icarə müddətini uzadan “Sumqayıt” yeni transferlər etməyəcək. Klub rəhbərliyi öncə komandanın gücləndirilməsinə qərar versə də, sonradan fikrini dəyişib. Buna görə də, baş məşqçi Aqil Məmmədov boşluğu əvəzedici heyətin oyunçuları ilə doldurmalı olacaq.
“Sumqayıt”ın əvəzedici heyətində özünü yaxşı tərəfdən göstərən futbolçular əsas komandaya cəlb ediləcəklər.
Qeyd edək ki, qış fasiləsində Ramazan Abbasov, Tagim Novruzov, Fərid Quliyev, Ceyhun Cavadov və Şəhriyar Xəlilov “Sumqayıt”dan göndərildiyi halda, Tərlan Əhmədli “Zirə”yə icarəyə verilib.