“Sumqayıt”da təcili görüş
17.02.2016 - 13:50
“Sumqayıt”da təcili görüş

“Sumqayıt”ın qış fasiləsindən sonrakı uğursuz çıxışı klub rəhbərliyini narahat etməyə başlayıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXI turunda “Qəbələ”yə məğlubiyyətdən sonra futbolçularla görüş keçirilib.

 

Görüşdə klub rəsmiləri ilə yanaşı, məşqçilər heyəti də iştirak edib. Futbolçulara III dövrənin ilk 3 turunda komandanın heç bir xal qazana bilməməsi xatırladılıb və ən qısa zamanda toparlanmaları tapşırılıb.

 

Növbəti turda AZAL-la qarşılaşacaq “gənclik şəhəri” təmsilçisi bu görüşün hazırlığına artıq start verib. “Təyyarəçilər”lə matçöncəsi Samir Abasovu 2 futbolçunun yoxluğu narahat edir. Söhbət Amit Quluzadə və Cəmil Hacıyevdən gedir. Hər iki oyunçu ötən tur sarı vərəqə almaqla, cəzalı duruma düşüb.

 

Qeyd edək ki, “Sumqayıt” – AZAL qarşılaşması şənbə günü keçiriləcək.