“Sumqayıt”dan ayrıldı, Krımda oynayacaq
20.08.2014 - 08:29
“Sumqayıt”ın sabiq futbolçusu Adil İbrahimov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçi karyerasını Rusiya çempionatında davam etdirəcək.
Belə ki, arxa xətt oyunçusu Sevastopolun SKÇF klubuna keçib. Yeni mövsümdən Rusiya çempionatında oynayacaq Krım təmsilçisi II divizionun Cənub zonasında mübarizə aparacaq.
Qeyd edək ki, rusiyalı legioner ötən mövsüm Topaz Premyer Liqasının 32 oyununda iştirak edib və 1 avtoqolla “fərqlənib”.
0
0