“Sumqayıt”dan baş məşqçiyə xəbərdarlıq
19.08.2014 - 17:34
Topaz Premyer Liqasının lideri "Sumqayıt"da klubdaxili iclas keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda əvəzedici komandanın baş məşqçisi Samir Abasovun hərəkəti müzakirə olunub.
Hakimləri təhqir etdiyi üçün AFFA tərəfindən 5 oyunluq cəza və 2500 manatlıq cəriməyə məruz qalan Azərbaycan millisinin sabiq futbolçusu klub rəhbərliyinin də narazılğına səbəb olub. Bu üzdən də klubdaxili iclasda Abasova ciddi xəbərdarlıq edilib və növbəti belə halların baş verməməsi tapşırığı verilib.
0
0