“Sumqayıt”ın baş məşqçisi: Bəxtimiz gətirmədi
03.12.2014 - 20:02
“Sumqayıt”ın baş məşqçisi: Bəxtimiz gətirmədi

“Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

O, bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində “Bakı”ya məğlub olmalarından (oyun - 0:0, penaltilər seriyası – 3:4) danışıb: “Əgər əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdır. Bəxtimiz gətirmədi”.(pfl)