“Sumqayıt”ın planı bəlli oldu
05.07.2016 - 20:11
“Sumqayıt” 2016/17 futbol mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi altında gündə iki dəfə olmaqla davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə iki yoxlama oyunu keçirməyi planlaşdırır.
“Kimyaçılar” iyulun 7-də 1-ci divizion təmsilçisi “Şuşa-Qarabağ”la üz-üzə gələcək. Oyun saat 18:00-da "Kapital Bank Arena"da baş tutacaq.
İyulun 10-da komanda növbəti yoxlama matçına çıxacaq. Bu dəfə rəqib "Zirə" olacaq. Bu görüş isə həmin arenada 18:30-da start götürəcək.
0
0