“Tavşanlı Linyitspor”dan “Simurq”a keçdi
25.01.2014 - 23:43
Antalyada təlim-məşq toplanışında olan "Simurq" heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisi Usim Nduka ilə il yarımlıq müqavilə bağlayıb.
Millimizin sabiq üzvü növbəti mövsümün sonuna qədər "sarı-qaralar"ın uğurları üçün mübarizə aparacaq.
Xatırladaq ki, Nduka son mövsümü Türkiyənin 1 dəstə təmsilçisi “Tavşanlı Linyitspor”da keçirib. Nigeriyalı müdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilmişdi.
0
0