“Tottenhem”də yeni baş məşqçi
27.05.2014 - 23:49
“Tottenhem” futbol klubu Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu elan edib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis ötən mövsüm Tim Şervud və Andre Villaş-Boaşın əldə edə bilmədiyini etməyə çalışacaq.
Razılaşma 5 il müddətinə nəzərdə tutulub. Poçettino ilə bərabər onun 3 köməkçisi – Xesus Peres, Miqel Daqostino və Toni Himenes də “Tottenhem”ə yollanacaq. 42 yaşlı Poçettinonun sonuncu iş yeri “Sauthempton” olub.
Qeyd edək ki, “Tottenhem” ötən mövsüm çempionatı 6-cı yerdə başa vurub.
0
0