“Trabzonspor” ulduz futbolçusunu aldadıb
28.12.2014 - 14:08
“Trabzonspor” ulduz futbolçusunu aldadıb

"Trabzonspor”un ulduz futbolçusu Oskar Kardosa komandadan gedir. Apasport.az saytının məlumatına görə, paraqvaylı hücumçu aldadıldığını deyib.

 

Türkiyə mətbuatı iddia edir ki, 31 yaşlı forvard Qara dəniz klubundan ayrılır: “Məni aldatmısız. Bura gəlməmişdən qabaq “böyük bir klubumuz var, tribunada böyük azarkeş qarşısında oynayırıq” demişdiniz. Lakin heç fanatlar stadiona belə gəlmir. Burada futboldan həzz almıram. Gedəcəm Trabzondan”.  

 

Qeyd edək ki, Oskar Kardosa cari mövsümün əvvəlində “Trabzonspor”a “Benfika”dan keçib. O, 12 matçda meydana çıxıb və 8 qola imza atıb.