“Trabzonspor”un hücumçusu “Ayaks” yolunda
30.10.2015 - 18:20
“Trabzonspor”un və Paraqvay yığmasının hücumçusu Oskar Kardozo karyerasını Hollandiyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçu “Ayaks”ın maraq dairəsindədi.
Amsterdam təmsilçisi Kardozonu qış transfer dövründə heyətinə qatmaq arzusundadı. Klub rəhbərliyinin fikrincə, 32 yaşlı forvard təcrübəsi ilə gənclərə kömək edə bilər.
Qeyd edək ki, ötən ildən “Trabzonspor”da çıxış edən Kardozo Qaradəniz təmsilçisində ümumilikdə 52 oyunda 24 qola imza atıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0