“Trabzonspor”un yeni prezidenti: Luçeskunu gətirirəm
07.12.2015 - 09:29
“Trabzonspor”un yeni prezidenti: Luçeskunu gətirirəm

“Trabzonspor”un yeni prezidentinin adına aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Muharrem Usta “bordo-mavililər”in yeni rəhbəri təyin edilib.

 

Sabiq prezident İbrahim Hacıosmanoğlu və Cəlil Həkimoğlu ilə yarışan Usta 3062 səs toplayıb. Həkimoğlu 3049 səs toplasa da, bu, prezident seçilmək üçün yetərli olmayıb.

 

Yeni prezident ilk açıqlamasında gələn mövsümdən komandanı çalışdıracaq baş məşqçinin adını da açıqlayıb: “Luçesku ilə ilkin razılıq əldə etmişik. Gələn mövsümdən komandanın sükanı arxasına çox güman ki, onu gətirəcəyik. Planlarımızı buna görə qurmuşuq. Luçesku ilə çox yaxın dostluğumuz var. İnanıram ki, 50 illiyimizdə komandamıza çempionluq bəxş edəcək”.