“Traktorsazi” evdə darmadağın oldu, 1 pillə gerilədi
20.02.2014 - 20:13
Futbol üzrə İran çempionatında XXVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Traktorsazi” klubu da növbəti matçına çıxıb.
Təbriz təmsilçisi doğma azarkeşləri qarşısında “Rah Ahan”la üz-üzə gəlib. Görüş qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb. Meydandan böyük hesablı məğlubiyyətlə ayrılan təbrizlilər 39 xalda qalıb və turnir cədvəlinin 7-ci pilləsinə düşüb.
Qeyd edək ki, “Traktorsazi” növbəti turda səfərdə “Fulad Xuzestan” klubunun qonağı olacaq.
0
0