“Traktorsazi” səfərdə darmadağın oldu
09.02.2014 - 19:55
“Traktorsazi” səfərdə darmadağın oldu

Futbol üzrə İran çempionatında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Traktorsazi” klubu da növbəti matçına çıxıb.

 

Təbriz təmsilçisi səfərdə “Naft Tehran”la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Meydandan böyük hesablı məğlubiyyətlə ayrılan ayrılan təbrizlilər 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.

 

Qeyd edək ki, “Traktorsazi” növbəti turda evdə “Rah Ahan” klubu ilə gücünü sınayacaq.