“Turan-T” adını dəyişdi
10.10.2014 - 12:06
“Turan-T” adını dəyişdi

Azərbaycan çempionatında Tovuzu təmsil edən klub növbəti dəfə dəyişib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının I divizionunda artıq “Turan-T” olmayacaq.

 

Belə ki, bu komanda adını dəyişib. 1992-2013-cü illərdə fəaliyyət göstərən “Turan”ın bazasında yaranan, lakin özünü yeni klub kimi qələmə verən “Turan-T” indi də “Turan-Tovuz” adını daşıyacaq.

 

Bununla bağlı müvafiq sənədlər artıq Peşəkar Futbol Liqasına təqdim olunub.

 

Mənbə: pfl.az

0