“Turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik”
07.01.2015 - 23:08
“Turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik”

“Məzmun etibarilə turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Sankt-Peterburq komandasının baş məşqçisi Vladimir Kazaçonoka məxsusdu.

 

O, usiyada təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVII ənənəvi beynəlxalq turnirində millimizə qalib gəldikləri (4:2) görüşdən danışıb: “Hər iki komanda, belə demək mümkünsə, xoşbəxtliyini rəqib qapısında axtarırdı və bizim də, rəqibin oyunu təhlükəli əks-hücumlar üzərində qurulmuşdu. Məhz belə oyunlar azarkeşlərin zövqünü oxşayır və hər dəfə sübuta yetirir ki, oyunun şən alınmasının mahiyyəti hücum futbolundadı”.

 

affa.az