“Tvente” “Qarabağ”la qarşılaşmaya 24 futbolçu ilə gəlir
19.08.2014 - 14:51
“Tvente” “Qarabağ”la qarşılaşmaya 24 futbolçu ilə gəlir

“Qarabağ”ın Avroliqanın pley-off mərhələsində rəqibi olan Hollandiyanın “Tvente” klubunun sifariş ərizəsinə aydınlıq gəlib. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Alfred Şroyder A və B siyahısını açıqlayıb.

 

A siyahsına 24 futbolçu daxil edilib. Gənclərdən ibarət olan B siyahısında isə 11 futbolçu yer alıb.

 

Qapıçılar: 1. Nik Marsman, 20. Sonni Stivens, 35. Filip Bednarek;

 

Müdafiəçilər: 2. Kuko Martina, 3. Andreas Byelland, 4. Darril Laxman, 5. Robbert Sxilder, 15. Diko Koppers, 16. Tim Breukers, 17. Rasmus Benqtsson, 23. Yoaxim Andersen;

 

Yarımmüdafiəçilər: 8. Kayl Ebesilio, 18. Tim Hölşer, 19. Şadraç Eqhan, 21. Felipe Qutyerres, 22. Kamohelo Mokotco, 26. Renato Tapiya, 28. Dario Tanda;

 

Hücumçular: 7. Yuness Moktar, 9. Torqeyr Börven, 10. Hakim Ziyex, 11. Xesus Korona, 30. Luk Kastaynyos, 33. Kasper Kusk.

 

“Tvente”nin B listində yer alan oyunçular isə qapıçı Timo Plattel, müdafiəçilər – Hidde ter Avest, Peet Biyen, Mateus de Vit, Derre Kvi, yarımmüdafiəçilər – İbrahim Sumaoro, Yelle van de Heyden və hücumçular – Bilal Uld-Şik, Alvin Daniels, Yari Oosterveyk və Merlin Şüttedir.

 

Qeyd edək ki, tərəflərin ilk oyunu avqustun 21-də Bakıda Tofiq Bəhramovda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.