“Bu matç yoxlama xarakteri daşısa da, çox döyüşkən komanda ilə görüşdük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Universtatya” klubunun baş məşqçisi Emil Şandoi deyib.
Krayova təmsilçisinin çalışdırıcısı Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Xəzər Lənkəran” toplanışa daha tez başladığı üçün bizimlə müqayisədə yaxşı hazırlıqlı idi. Biz isə hələ fiziki hazırlıq üzərində çalışırıq. Açıq futbola şahid olduq. Yoldaşlıq oyunu olsa belə, qalib gəldiyimiz üçün çox şadıq. İki oyunçu istisna olmaqla, bütün futbolçular hərəyə 1 hissə oynadılar. Frasinesku və Briçeaq da əvəzolunmadan meydanda oldular. Cəmi 10 günlük hazırlıqdan sonra belə oyun göstərməyimiz bizi razı salır”.
Qeyd edək ki, sabiq “Xəzər Lənkəran”lı Kosmin Frasineskunun şərəfini qoruduğu “Universtatya” bu matçda 3:0 hesabı ilə qalib gəlib.