“Van Qal “Mançester Yunayted”in axtardığı adam deyil”
14.05.2016 - 01:00
“Van Qal “Mançester Yunayted”in axtardığı adam deyil”

Altıqat olimpiya çempionu Useyn Bolt “Mançester Yunayted”də oynamaq istədiyini bildirib. Apasport.az saytının məlumatına görə, yamaykalı atlet bunu sadəcə bir şərtlə edə biləcəyini bildirib.

 

“Mən uzun illərdi ki, “Manu” azarkeşiyəm. Bir gün nə vaxtsa, bu klubda oynamaq istəyərəm, ancaq bu, Lui Van Qalın başçılığı altında olmayacaq. Mən demirəm ki, o, pis məşqçidir, ancaq hollandiyalı “Mançester Yunayted”in axtardığı adam deyil” – deyə olimpiya çempionu bildirib.

0