“Kalyari” ilə matçda müdafiəmizdə olan problemlər özünü göstərdi. Son zamanlar arxa xəttə boşluqlar hiss olunur”. Apasport.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Valter Matsari deyib.
Avroliqanın qrup mərhələsinin II matçında oktyabrın 2-də doğma meydanda “Qarabağ”ı qəbul edəcək İtaliya klubunun çalışdırıcısı komandasının çıxışından danışıb. O, öncə A Seriyasının V turunda “Kalyari”yə 1:4 hesablı məğlubiyyətə şərh verib: “İndi komandamız üzərində çalışacağıq. Arxa xətdə əsasən Nemanya Vidiçin oyunu məni narahat edir. Çünki o hələ də özünə gəlməyib. Artıq futbolçularım özünə gəlməlidirlər. Qarşıda “Qarabağ” və “Fiorentina” kimi komandalarla görüşlərimiz var. Hazırda sadəcə Avroliqa oyununu düşünməliyik. Özümüzə gəlmək üçün qələbəyə ehtiyacımız var”.
Matsari komandada ab-havanı düzəltməklə qalib gələ biləcəklərinə ümid etdiyini bildirib: “Komandada ab-havanı düzəltməliyəm. Bundan sonra hər şey yaxşı olacaq. Vəziyyətin normal olması üçün “Qarabağ”, ardınca “Fiorentina”nı məğlub etməliyik. Biz həm çempionatda, həm də Avroliqada uğurlu çıxış etmək istəyirik. Mövsüm başlayanda da əsas məqsədimiz bu idi”.