“Xəzər Lənkəran” Premyer Liqanın VII turunda səfərdə “Qəbələ” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, oyun 1:1 hesabılı bərabərliklə başa çatıb.
Bu heç-heçə “Xəzər Lənkəran”ın 197-günlük səfər qələbəsi həsrətini davam etdirib.
Qeyd edək ki, Cənub klubu sonuncu dəfə 2013/14 mövsümündə, 16.03.2014 tarixində baş tutmuş XXVI tur çempionat qarşılaşmasında “Sumqayıt” ı səfərdə 1:0 hesabı ilə məğlub etmişdi.
O gündən bəri isə “ağ-yaşıllar” cari mövsümün arxada qalan VII turunun oyunları da daxil olmaqla səfər görüşlərindən ən yaxşı halda yalnız bir xalla ayrıla bilib.
Təəssüf ki, “Qəbələ” ilə səfər qarşılaşmasının nəticəsi də bu xoşagəlməz statistikaya “dur” deyə bilməyib.
12cioyuncu.info