Topaz Premyer Liqasında XXIX turun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşü olan Bakı derbisində FİFA referisi Əliyar Ağayev iş başında olacaq.
“Neftçi” – “Bakı” oyununda əlavə köməkçi hakimlərdən də yararlanılacaq. Bundan başqa, bu sistemdən Lənkəran və Şüvəlanda keçirilən görüşlərdə də istifadə ediləcək.
5 aprel
“Rəvan” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov
“Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev
AZAL – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Həsənov Rəhim, Yusifov Fariz
6 aprel
“Simurq” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov
“Neftçi” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov