“Xəzər Lənkəran” “Qarabağ”la oyuna itkilərlə hazırlaşdı
31.01.2014 - 20:15
Türkiyədən dönərək artıq iki gündür ki, Bakıda məskunlaşan “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqinə çıxıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, İdman Akademiyasının stadionunda baş tutan hazırlıq kəskin hava şəraitinə baxmayaraq, bir saat davam edib.
Heyətdə Adrian Pit və Slavik Alxasov zədəli olduqlarına görə, fərdi məşqlə kifayətləniblər.
Qeyd edək ki, “ağ-yaşıllar” sabah Topaz Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq. Oyun saat 17:00-da start götürəcək.
0
0