“Xəzər Lənkəran” “Qəbələ” qarşısına itkilərlə çıxacaq
12.02.2014 - 20:28
“Xəzər Lənkəran” “Qəbələ” qarşısına itkilərlə çıxacaq

Topaz Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün Qəbələyə yola düşüb. Apasport.az klub saytına istinadən xəbər verir ki, Cənub təmsilçisi “qırmızı-qaralar”la oyuna itkilərlə çıxacaq.

 

Belə ki, matç gününə qədər Qəbələdə hazırlıq keçəcək Mustafa Dənizlinin komandasında Adrian Pit, Rasim Ramaldanov zədə səbəbindən, Ağabala Ramazanov isə cəzalı olduğu üçün səfərə aparılmayıb.

 

Qeyd edək ki, “Qəbələ” - “Xəzər Lənkəran” görüşü fevralın 15-də saat 15:00-da baş tutacaq.