“Xəzər Lənkəran”: dördü getdi, biri də yol üstədi
19.05.2014 - 14:15
Ardıcıl iki mövsümdür uğursuzluq yaşayan “Xəzər Lənkəran” heyətdə islahatlara başlayıb. Apasport.az xəbər verir ki, rəhbərlik müqaviləsi başa çatan futbolçularla vidalaşıb. Bunlar isə Adrian Pit, Alvaro Silva, Nikola Qliqorov və Deyvid Sakkonidir. Hələlik müqaviləsi bitməyən Zohair Benouahi də yola salınacaq.
Digər futbolçuların taleyinə isə yeni baş məşqçi bəlli olandan sonra aydınlıq gələcək.
0
0