“Xəzər Lənkəran” Antalya toplanışını yekunlaşdırdı
28.01.2014 - 21:10
“Xəzər Lənkəran” Antalya toplanışını yekunlaşdırdı

Yanvarın 5-dən Türkiyənin Antalya şəhərində qış təlim məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün keçirdiyi səhər məşqi ilə toplanışa yekun vurub. Apasport.az klub saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” sabah səhər saatlarında məskunlaşdığı “Ela Quality Resort” otelini tərk edərək, Antalya-İstanbul-Bakı aviareysi ilə vətənə yola düşəcək.

 

Bakıda “Modern” otelində toplaşacaq cənublular istirahət etmədən fevralın 1-də Topaz Premyer Liqası çərçivəsində keçiriləcək “Qarabağ” matçının hazırlığına start verəcək.