“Xəzər Lənkəran” braziliyalı ilə münasibətləri rəsmiləşdirdi
27.01.2014 - 15:12
“Xəzər Lənkəran” braziliyalı ilə münasibətləri rəsmiləşdirdi

"Xəzər Lənkəran" braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, klubla cənubi amerikalı futbolçu arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.

 

Karyerasına "Sergipe" klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur "Qremio"nun heyətinə cəlb olunub. "Qremio" ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.

 

Bir mövsüm Yaponiyanın "Kyoto Sanqa" klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin "Bahia" və "Seara" klublarında oynayıb.

 

2013-cü ilin əvvəlində isə Tyeqo "Fiqeyrense" ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.

 

Mənbə: lankaranfc.com