“Xəzər Lənkəran” braziliyalı müdafiəçi ilə anlaşdı
24.01.2014 - 15:32
“Xəzər Lənkəran” braziliyalı müdafiəçi ilə anlaşdı

“Xəzər Lənkəran” düşərgəsində olan yeni futbolçulardan biri ilə müqaviləni rəsmiləşdirmək üzrədir. Bu barədə apasport.az saytına klubun rəisi Səməd Mustafayev məlumat verib.

 

O bildirib ki, hazırda Antalyada təlim-məşq toplanışında olan cənub təmsilçisi braziliyalı Villian Tieqo ilə müqavilə imzalayacaq. Tam adı Villian Tieqo de Xesus olan 28 yaşlı mərkəz müdafiəçisi ilə anlaşma 1+1 il müddətinə nəzərdə tutulub.

 

Qeyd edək ki, son klubu “Fiqueyrense” olan cənubi amerikalı vətənində “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara”nın, Yaponiyada isə “Kioto Sanqa”nın şərəfini də qoruyub.