“Xəzər Lənkəran” cərimə ilə razılaşmadı
11.02.2014 - 15:13
“Xəzər Lənkəran” cərimə ilə razılaşmadı

AFFA İntizam Komitəsinin bu gün “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanov haqqında çıxardığı qərar futbolçunun məxsus olduğu klubu razı salmayıb. Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına verdiyi açıqlamaya görə, cənublular bu qərardan Apelyasiya və Ekspert Komitəsinə şikayət ünvanlayacaq.

 

Qeyd edək ki, Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb. Üstəlik, “Xəzər Lənkəran” futbolçusunun “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçə qarşı etdiyi hərəkətinə görə 2 min manat cərimə ödəməlidir.