“Xəzər Lənkəran” Deyan Blajevski ilə yollarını ayırır
29.09.2014 - 11:16
“Xəzər Lənkəran” Deyan Blajevski ilə yollarını ayırır

“Xəzər Lənkəran”ın makedoniyalı futbolçusu Deyan Blajevski komandadan ayrılacaq. Apasport.az xəbər verir ki, bu barədə Makedoniya mətbuatı məlumat yayıb.

 

Həmkarlarımızın yazdığına görə, 28 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra ölkəsinə qayıdacaq və karyerasını burada davam etdirəcək. Artıq onun çıxış edəcəyi klub da məlumdur. O, “Vardar” klubu ilə müqavilə bağlayacaq.

 

Bundan öncə “Xəzər Lənkəran”da oynayan daha bir makedoniyalı futbolçu Nikola Qliqorov da “ağ-yaşıllar”ın heyətindən ayrıldıqdan sonra Skopye klubuna keçmişdi.

 

Qeyd edək ki, Blajevski ötən mövsüm qış fasiləsində “Xəzər Lənkəran”ın heyətinə cəlb olunub. O, cənub klubu ilə meydana çıxdığı 16 oyunda 2 dəfə rəqib qapıçıları məyus edib.