Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha bir futbolçunun transferini gerçəkləşdirir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi baxışda olan makedoniyalı Deyan Blajevski ilə müqavilə imzalamağı planlaşdırır.
Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonu transfer edən əyalət komandası bununla da 5-ci futbolçunu heyətinə qatmış olacaq.
Özünü yaxşı tərəfdən göstərə bilən 29 yaşlı cinah yarımmüdafiəçisinin keçidi yaxın günlərdə rəsmiləşəcək. Ölkəsinin əsas yığmasına 2 il əvvəl cəlb olunan Deyan 2 qarşılaşmaya çıxıb və Polşa ilə qarşılaşmada qol hesabını açıb.
Son klubu vətənində “Turnovo” olan Blahevski 2006-08-ci illərdə “Pelister”in formasını geydikdən sonra legioner həyatı yaşamaq üçün Yunanıstana yollanıb. 4 il ərzində “Asteras” (2008-10), “Veria” (2010-11) və “Pierikos”un (2011-12) da uğurları üçün çalışıb. Avrokuboklarda 6 oyuna 3 qol vuran makedoniyalı bütün toplarını ötən yay Avropa Liqasının təsnifat mərhələsində rəqib qapılarından keçirib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi braziliyalı Elias isə hələ komandanın düşərgəsinə gəlməyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı