“Xəzər Lənkəran” fikrindən daşındı
27.03.2014 - 11:08
“Xəzər Lənkəran” fikrindən daşındı

Topaz Premyer Liqasının XXVIII turunda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” dünən Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında hazırlıq keçiblər.

 

Komanda 3 əskiklə məşq edib. Belə ki, zədəli futbolçular Tural Cəlilov, Tyeqo de Jesus və Rasim Ramaldanov fərdi qaydada keçirdikləri yüngül məşqdən sonra komandanı gözləmədən otelə qayıdıblar.

 

Yeri gəlmişkən, paytaxtda “Modern” otelindən məskunlaşan cənublular “Neftçi” ilə matçın keçiriləcəyi “Bakcell Arena” stadionuna yaxın otellərdən birinə köçməyi düşünsələr də, fikirlərindən daşınıblar.

 

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı martın 29-da keçiriləcək. Görüş saat 17:00-da başlayacaq. 

0