Topaz Premyer Liqasının II turu çərçivəsində evdə “Sumqayıt”ı qonaq edəcək “Xəzər Lənkəran” doğma arenada hazırlığa start verib. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar” dünən Lənkərandakı bazada ilk məşqlərinə çıxıblar.
Cənublular bu gün və sabah da qarşılaşma üçün hazırlıqları davam etdirəcək.
Avqustun 16-da doğma meydanda “Sumqayıt”ı qəbul edəcək Oğuz Çətinin komandası öz azarkeşləri önündə mövsümün ilk oyununu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” 2014/2015 mövsümünün ilk turunda səfərdə AZAL-ın qonağ olub və qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.