“Xəzər Lənkəran” hazırlığa start verir
20.10.2015 - 14:40
“Xəzər Lənkəran” hazırlığa start verir

Topaz Premyer Liqasının VIII turunun AZAL-la ev oyununda 3:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran”ın hazırlıq planı bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ilə qarşılaşmadan sonra bir günlük istirahətə buraxılan komanda bu gün məşqləri bərpa edəcək.

 

“Ağ-yaşıllar” “Kəpəz”lə oyuna hazırlıq məqsədilə ilk məşqinə saat 17:00-da başlayacaq. Oktyabrın 22-nə qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək komanda bir gün sonra səfərə yollanacaq. Belə ki, “Xəzər Lənkəran” oktyabrın 23-də Gəncəyə yola düşəcək.

 

Cənublular iki oyunçusu olmadan hazırlıq keçir. Orxan Əliyev və Rasim Ramaldanov ciddi zədədən əziyyət çəkdiyindən məşqlərə qatılmır. Hər iki futbolçu məhz bu səbəbdən son turun matçını da buraxıb.