“Xəzər Lənkəran” baş məşqçi problemini həll etdi
18.05.2014 - 13:31
“Xəzər Lənkəran” futbol klubunda Mustafa Dənizlinin istefasından sonra baş məşqçi axtarışları davam edir. Apasport.az saytının məlumatına görə, hazırda klub rəhbərliyi iki nəfərin namizədliyi üzərində seçim edir.
Bunlar komandanın keçmiş baş məşqçisi Mirça Rednik, eləcə də Mustafa Dənizlinin dönəmində köməkçi-məşqçi işləyən Oğuz Çətindir.
Rumıniyalı mütəxəssis razılıq versə, böyük ehtimalla növbəti mövsümdə “Xəzər Lənkəran”da ikinci Mirça Rednik dövrü başlayacaq. Əks halda, Lənkəran klubunu növbəti mövsüm yaşıl meydanlara Oğuz Çətin çıxaracaq.
0
0