[b]“Xəzər Lənkəran” daha 5 futbolçudan imtina edir[/b]
24.12.2014 - 00:00
[b]“Xəzər Lənkəran” daha 5 futbolçudan imtina edir[/b]

"Xəzər Lənkəran”dan daha bir neçə futbolçu gedəcək. Apasport.az saytının məlumatına görə, bunlar millimizin üzvləri Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqovdu.

 

Hər 3 futbolçu ilə müqavilə qarşılıqlı razılaşma ilə pozulacaq.

 

Böyük ehtimalla, Vanderson Skarduelli ilə Adrian Skarlatake də komandadan gedənlər arasında olacaq.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” yanvarın 6-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedəcək.

 

Qeyd edək ki, ötən gün Elnur Abdullayev də cənub klubundan ayrılıb.