“Xəzər Lənkəran” Naxçıvan yığması ilə qarşılaşacaq - FOTOSESSİYA
17.01.2014 - 16:31
“Xəzər Lənkəran” Naxçıvan yığması ilə qarşılaşacaq - FOTOSESSİYA

Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-14 Elit Kuboku” turnirinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, əvvəlcə aparıcı ötən mövsüm keçirilmiş U-14 kuboku turniri barədə məlumat verib və yarışın oyunlarından hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra “Bakcell U-14 Elit Kuboku” turnirinin püşkatma səbətləri haqda məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Püşkün atılması üçün AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov səhnəyə dəvət olunub.

Püşkatmanın nəticəsinə uyğun olaraq, qrupların tərkibini diqqətinizə çatdırırıq:
 

 

A qrupu
Xəzər Lənkəran
Qarabağ
Şimal yığması
Naxçıvan yığması

B qrupu
Bakı
Qəbələ
Qərb yığması
Mərkəz yığması

C qrupu
Neftçi
Sumqayıt
Cənub yığması
Əlincə

D qrupu
İnter
AZAL
Şimal-Qərb yığması
Rəvan

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, “Bakcell U-14 Elit Kuboku” turniri yanvarın 27-dən fevralın 10-dək olan müddətdə keçiriləcək.