“Xəzər Lənkəran” nə vaxt bir araya gələcək?
29.09.2014 - 19:00
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək millinin oyunları ilə əlaqədar Premyer Liqada 20-günlük fasilə yaranıb. Apasport.az saytının məlumatına görə, sərbəst buraxılaraq qarşıdakı beş gün ərzində istirahət edəcək komanda oktyabrın 4-də Bakıda bir araya gələcək.
Əvvəlcə bir həftə ərzində məşqlərini paytaxtda keçirəcək cənub klubu, oktyabrın 11-də səhər saat 10:00-da doğma şəhərə yola düşəcək. Qalan günlərdə Ləkəranda hazırlşacaq “Xəzər Lənkəran” oktyabrın 18-də “Fırtınalar meydanı”nda “Bakı” klubunu qəbul edəcək.
12cioyuncu.info
0
0