“Xəzər Lənkəran” “Gənclərbirliyi”nə uduzdu - YENİLƏNİB
18.01.2014 - 14:49
“Xəzər Lənkəran” “Gənclərbirliyi”nə uduzdu - YENİLƏNİB

Yanvar 5-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə “Rizəspor”la qolsuz heç-heçə edən “ağ-yaşıllar” bu dəfə Türkiyə Superliqasının digər təmsilçisi - “Gənclərbirliyi”ni sınağa çəkib.

 

“İC Santai” otelinin meydançasında baş tutan qarşılaşma komandamız üçün uğurlu alınmayıb. Belə ki, Mustafa Dənizlinin yetirmələri 0:2 hesabı ilə uduzublar.

 

Qeyd edək ki, cənub təmsilçisinin daha 1 yoxlama oyunu keçirmək ehtimalı var. Matçın yanvarın 23-də olacağı gözlənilir. Lakin rəqib hələ müəyyənləşməyib. 

 

 

Yoxlama oyunu

 

18 yanvar

"Xəzər Lənkəran" - "Gənclərbirliyi" - 0:2