[b]“Xəzər Lənkəran” paytaxtda qalacaq[/b]
13.10.2014 - 19:00
[b]“Xəzər Lənkəran” paytaxtda qalacaq[/b]

Əvəzedici heyəti ilə keçirdiyi yoxlama oyunundan sonra sərbəst buraxılan “Xəzər Lənkəran” bu gün Bakıda bir araya gələcək. Apasport.az saytının məlumatına görə, öncədən qurulan məşq planında dəyişiklik edilib.

 

Belə ki, komanda toplandıqdan sonra Lənkərana gəlməyərək qarşıdakı bir neçə günü paytaxtda qalacaq və hazrılıqlarını da elə orada davam etdirəcək. 

 

Cənub klubu paytaxtdan doğma şəhərə yalnız oktyabrın 16-da gedəcək.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” oktyabrın 19-da “Fırtınalar meydanı”nda “Bakı” klubunu qəbul edəcək. Qarşılaşma saat 17:00-da start verəcək.

 

12cioyuncu.info

0