“Xəzər Lənkəran” Qəbələyə yola düşdü
12.02.2014 - 10:28
Ölkə kubokunu da nəzərə alsaq, 7 rəsmi oyundur məğlub olmayan “Xəzər Lənkəran” bu gün Qəbələyə yola düşüb. Apasport.az saytının əldə etdiyi məlumata görə, Mustafa Dənizlinin yetirmələri Premyer Liqanın XXI turunun “Qəbələ” ilə oyununun hazırlıqlarını bu şəhərdə davam etdirəcək.
Buna səbəb paytaxta nisbətən Qəbələdə hazırlıq keçmək üçün daha münasib şəraitin olmasıdır. Komanda adıçəkilən bölgəmizdə 3 gün məşq keçəcək.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 15-də baş tutacaq. Bu qarşılaşma saat 15:00-da başlayacaq.
0
0