“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXXV turunun “Simurq”la oyununa yollanıb. Apasport.az saytının məlumatına görə, cənublular mövsümün son səfər matçına qarşılaşmadan 2 gün əvvəl yola düşüb.
Matça Bakıda hazırlaşan “Xəzər Lənkəran” mayın 12-dəki görüşə baş məşqçisiz yollanıb. Belə ki, artıq ölkəmizə dönən, komandanın düşərgəsinə qatılan Mustafa Dənizli səfərə çıxmayıb. Bunun səbəbi dəqiqləşməsə də, türkiyəli mütəxəssis yenə komandanı çempionat oyununa çıxarmayacaq.
Qeyd edək ki, Dənizli bundan əvvəlki 2 oyunda da komandanın “sükanı arxasında” deyildi. Onun köməkçisi Oğuz Çətinin meydana çıxardığı komanda əvvəl “Rəvan”ı 4:0, ardınca “Sumqayıt”ı 4:1 hesabı ilə yenmişdi. Bu dəfə də “Xəzər Lənkəran”ı görüşə Çətin çıxara bilər.