“Xəzər Lənkəran” hansı tanınmış klubu Azərbaycana gətirir?
05.02.2014 - 14:26
“Xəzər Lənkəran” hansı tanınmış klubu Azərbaycana gətirir?

 

“10 illik yubileylə əlaqədar Klubun İdarə Heyəti tərəfindən təsdiqlənmiş bir neçə layihəmiz var”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

2004-cü ildə təsis edilən “Xəzər Lənkəran” 10 illik yubileyini qeyd edir.

Qarşısına avrokuboka vəsiqə qazanmaq məqsədi qoyan cənub təmsilçisi bununla yanaşı müxtəlif layihələr də həyata keçirir. Nadirov bildirib ki, yubileylə əlaqədar bir sıra planları var: “Məsələn, bir neçə gün öncə marş və mahnı müsabiqəsinə start verdik. Bu tip layihələrimiz var. Ötən il “Fənərbaxça”nı Lənkərana dəvət etdik, yoldaşlıq matçı keçirtdik. Hansısa başqa bir tanınmış klubu Azərbaycana gətirəcəyimizi istisna etmirik”.