“Xəzər Lənkəran” Türkiyə yığmasından hücumçu gətirir!
22.01.2014 - 10:47
“Xəzər Lənkəran” Türkiyə yığmasından hücumçu gətirir!

“Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, türkiyəli baş məşqçi Mustafa Dənizli komandasına gətirmək istədiyi ilk həmyerlisini seçib.

 

Bu, “Ərciyyəspor”un yollarını ayırdığı Sinan Kaloğludur.

 

Vaxtilə Türkiyə yığmasında 2 oyun keçirən 33 yaşlı hücumçu millidə debütünü Bakıda edib. Sinan 2006-cı il aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi ilə yoxlama oyununda meydana çıxıb.

 

Vətənində “Boluspor”, “Altay”, “Marmaris Bələdiyyəspor”, “Beşiktaş”, “Diyarbəkirspor”, “Manisaspor”, “Busaspor”, “Karabükspor”, “Antalyaspor”, “Elaziğspor” klublarında forma geyən forvard Almaniya və Hollandiyada legioner həyatı yaşayıb. Sinan bu ölkələrdə “Bohum” və “Vitess”in şərəfini qoruyub.

 

Ötən il Kayseri təmsilçisinə keçən hücumçu bu klubda işləri yaxşı getmədiyindən rəhbərlik ona yeni komanda axtarmağı məsləhət bilib. Çox güman ki, yeni klubuna azad agent statusu ilə keçəcək.

 

Qeyd edək ki, Sinanın xidmətində daha bir Azərbaycan klubu da maraqlıdır. Onu “Rəvan”ı çalışdıran həmyerlisi Güvənc Kurtar da komandasında görmək istəyir.