“Xəzər Lənkəran” üçün faydalı olmaq istəyirəm”
23.01.2014 - 00:00
“Xəzər Lənkəran” üçün faydalı olmaq istəyirəm”

"Xəzər Lənkəran" üçün faydalı olmaq istəyirəm. Bu klub mənə yeni müqavilə təklif etməklə, böyük etimad göstərdi. Rəhbərliyin, məşqçi heyətinin ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm". Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşı ilə söhbətində "Xəzər Lənkəran" klubunun futbolçusu Tural Cəlilov deyib.

 

“Xəzər Lənkəran” qış fasiləsində Cəlilovla yeni 2 illik müqavilə bağladı. 27 yaşlı müdafiəçi bildirib ki, əsas məqsədi əvvəlki formasına qovuşmaqdır: "Simurq"da tanındım, milliyə dəvət aldım. Lakin "Xəzər Lənkəran" kimi böyük klubda mənə bir qədər çətin oldu. Formamı saxlamaq üçün "Rəvan"da icarə əsasında çıxış etdim. Lakin daha sonra məni geri çağırdılar və qış fasiləsində də yeni müqavilə təklif olundu. Üzərimə düşəni edib, etimadı doğrultmalıyam. Hər bir futbolçu Mustafa Dənizli kimi tanınmış məşqçi ilə işləmək istəyər. Bu fürsətdən maksimum yararlanmalıyam".


Qeyd edək ki, Cəlilov 2010-cu ildə “Simurq”dan “Xəzər Lənkəran”a transfer olunub. 2011-2013-cü illəri “Rəvan”da keçirən Tural ötən ilin yayında yenidən cənublulara qoşulub. O, cari çempionatda 7 matçda "ağ-yaşıllar"a kömək edib.