“Xəzər Lənkəran” və “İnter”dən təklif almağım doğrudur”
26.05.2014 - 12:37
“Xəzər Lənkəran” və “İnter”dən təklif almağım doğrudur”

“Xəzər Lənkəran” və “İnter” klublarından təklif almağım doğrudur”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

 

Paytaxt təmsilçisindən ayrılacağını istisna etməyən futbolçu bildirib ki, yaxın günlərdə hansı komandaya keçəcəyi dəqiqləşəcək: “Hər şeyə mayın 29-dan sonra aydınlıq gələcək. “Bakı” ilə hələ il yarımlıq müqaviləm var. Ona görə də sizə heç nə deyə bilmərəm. Klubumu dəyişməyim və “Bakı”da qalmağım mümkündür”.